...

Elena Şabovta və İnessa Qorxmaz Azərbaycan yığmasında öz karyeralarını başa vurublar

Cəmiyyət Materials 15 Noyabr 2006 14:03 (UTC +04:00)

Voleybol üzrə Azərbaycan yığmasının liderləri Elena Şabovta və İnessa Qorxmaz öz beynəlxalq karyeralarını başa vururlar.

Trend -in verdiyi məlumata görə, komandanın baş məşqçisi Faiq Qarayev Beynəlxalq Federasiyanın (FIVB) rəsmi saytına müsahibəsində qeyd edib ki, bu idmançılar üçün mundialda çıxış yığmanın tərkibində sonuncu yarış olub. "Təəssüflər olsun ki, yaşla əlaqədar oyunçular əvvəl göstərdikləri oyunu nümayiş etdirə bilmirlər. Eyni zamanda onlar komanda üçün çox iş görüb və biz Elena ilə İnessa üçün darıxacağıq", deyə məşqçi vurğulayıb.

Qeyd etmək lazımdır ki, F.Qarayev E.Şabovta ilə İ.Qorxmazın xidmətlərindən hələ keçən il Avropa Çempionatından sonra imtina etsə də, bu mövsüm yenidən onları yığmaya qaytarıb.

Xəbər lenti

Xəbər lenti