...

Qrossmeyster Teymur Rəcəbov blits üzrə Mixail Tal Kubokunda iştirak edəcək

Cəmiyyət Materials 16 Noyabr 2006 15:35 (UTC +04:00)

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov seçim turu noyabrın 16-da başlayan Moskvada blits üzrə Mixail Tal Kubokunda iştirak edəcək.

Trend xəbər verir ki, yerli şahmatçı ilkin mərhələ vasitəsilə yarışmanın əsas cədvəlinə keçmək niyyətindədir, belə ki, Teymur M.Tal memorialının blits-turnirinə avtomatik şəkildə buraxılan iştirakçı deyil. Sürətli şahmatlarda ən güclü oyun ustalarından biri hesab olunan T.Rəcəbov start təşkilatçılarının seçim raundunu keçmiş şahmatçılara təqdim etdiyi altı vakansiyadan biri uğrunda mübarizə aparacaqlar. Həmçinin Kubok uğrunda memorialın fəxri qonaqları olan hindli Vişvanatan Anand, macar Yudit Polqar və Anatoli Karpov mübarizə aparacaq.

Qeyd etmək lazımdır ki, blitsdə memorialın yekunu üzrə ilk beşliyə çıxmaq üçün yaxşı şansları olan qrossmeyster Şəhriyar Məmmədyarov da iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti