Dekabrın 16-da Bakıda keçiriləcək peşəkar boks axşamının əsas təşkilatçılarından biri olan "Yaqupov və Co" promouter şirkəti reytinq döyüşlərinə iddiaçıların seçiminə başlayıb.
WBA (World Boxing Association) kəmərinin iddiaçısı Əli İsmayılov Trend ə bildirib ki, İspaniya, Norveç, Rusiya, Ukrayna, Danimarka, Qazaxıstan, Özbəkistan və Braziliyadan dəri əlcək ustaları Azərbaycana gələcək. "Əlbəttə, proqramın əsasını mənimlə braziliyalı Luiziano Torres arasında WBA titulu uğrunda görüş təşkil edəcək. Ancaq buna qədər azarkeşlər 7 reytinq döyüşünü izləyə biləcək", - deyə Ə.İsmayılov vurğulayıb.
O qeyd edib ki, bu görüşlərdə Azərbaycandan bir neçə peşəkar boksçu da iştirak edəcək və onların adları hələlik açıqlanmır.