Sabah - noyabrın 21-də Azərbaycanda "Misir Mədəniyyət Günləri"nə start veriləcək. Bu barədə Trend ə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Noyabrın 21-də Misir Ərəb Respublikasının nümayəndə heyəti Bakıya gələcək. Nümayəndə heyətinə rəsmi şəxslərdən Misir Ərəb Respublikasının mədəniyyət nazirinin birinci müavini Ənvər Məhəmməd İbrahim, Mədəniyyət və İncəsənət Akademiyasının rektoru Esmat Əli Yahya, Misirin Azərbaycandakı səfiri Yusif Əhməd Əl-Sarkavi daxildir.
Noyabrın 21-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Misir Mədəniyyət Günlərinin açılışı olacaq. Həmin gün saat 15.00-da nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və Şəhidlər Xiyabanında şəhidlərin mərazını ziyarət edəcəklər.
Saat 17.30-da Azərbaycan kinoteatrında Misir kinosu həftəsinin açılışı olacaq. Kino həftəsi noyabrın 29-dək Nizami kinoteartında davam edəcək və hər gün saat 18.00-da filmlər nümayiş etdiriləcək. Noyabrın 21-də saat 19.00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filormoniyasında Misir mədəniyyəti tədbirlərinin açılışı olacaq. həmçinin həmin gün Bədii Sərgi Salonunda Misir rəssamlarının əsərlərinin nümayişinə başlanacaq.
Noyabrın 22-də saat 11.00-da Bakı Xareoqrafiya Məktəbində misirlilərin konserti olacaq. Saat 15.00-da Dövlət Uşaq Filormoniyasında konsert verəcəklər. Saat 19.00-da Azərbaycan Dövlət Filormoniyasında Misirli qonaqların şərəfinə konsert təşkil ediləcək. Noyabrın 23-də saat 11.00-da Sumqayıt şəhərində Misir mədəniyyətini nümayiş etdirən konsert proqramı olacaq. Noyabrın 24-də qonaqlar Şəkiyə yola düşəcəklər. Şəki Dram Teatrında konsert verən nümyəndə heyəti yolüstü İsmayıllı, Ağdaş rayonlarında da olacaq, tanışlıq məqsədilə Azərbaycanın bəzi bölgələrini gəzəcəklər. Noyabrın 25-də Şəkidə qonaqların şərəfinə konsert veriləcək, ertəsi gün - noyabrın 26-da misirlilər Bakıya qayıdacaqlar.
Noyabrın 27-də nümayəndə heyəti Azərbaycanın qədim mədəyniyyət abidələri ilə tanış olacaq, Qobustan qouğunda və Atəşgahda olacaqlar. Səfər çərçivəsində Misir nümayəndə heyəti Azərbaycan Təhsil Nazirliyində, Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Rəssamlıq Akademiyasında olacaq, bu təhsil ocaqlarının rektorları ilə görüş keçirəcəklər.
Noyabrın 27-də Misir Mədəniyyəti günləri başa çatacaq. Nümaynədə heyəti noyabrın 28-də öz ölkələrinə yola düşəcəklər.