...

Qrossmeyster Şəhriyar Məmmədyarov Veyk-An-Zee turnirində iştirakdan imtina edib

Cəmiyyət Materials 22 Noyabr 2006 15:18 (UTC +04:00)

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov gələn il Veyk-An-Zeedə keçiriləcək nüfuzlu beynəlxalq turnirdə iştirakdan imtina edib.

Şahmatçı Trend ə bildirib ki, o, bu ilin dolğun təqvimindən sonra bir qədər ara vermək və yeni yarışlar ərəfəsində güc toplamaq niyyətindədir. Bundan başqa təkcə sonuncu ay ərzində Şəhriyar Hollandiyada keçirilmiş turnirdə qələbə qazanıb, İspaniyada klublararası çempionatda, daha sonra isə Moskvada Mixail Tal memorialı və onun şərəfinə blits kubokunda iştirak edib. "Sonuncu yarışlar məni bir qədər yorub. Buna görə də mən kiçik taym-aut götürməyi qərara aldım və istirahətdən sonra yenə də lövhə arxasında oturacağam", - deyə Ş.Məmmədyarov vurğulayıb.

FİDE-nin gələn il dərc olunacaq yeni reytinqinin nəticələri üzrə onun ən yaxşı qrossemysterlər onluğuna daxil olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti