...

Azərbaycan Bodibildinq Federasiyası Bakıda Avropa çempionatının təşkili üzrə işə başlayır

Cəmiyyət Materials 23 Noyabr 2006 16:07 (UTC +04:00)

Azərbaycan Bodibildinq Federasiyası Bakıda 2007-ci il Avropa çempionatının təşkili üzrə işə başlayır.

Təşkilatın prezidenti Rauf Bünyadəliyev Trend ə bildirib ki, Siciliyada veteranlar arasında keçirilmiş dünya çempionatında Beynəlxalq Federasiyanın (IFBB) rəsmi nümayəndələri Azərbaycana bodifitnes proqramı üzrə boy ölçən xüsusi aparat verib. "Məsələ bundadır ki, bodifitnes yarışında iştirak edəcək idmançıların boy və çəkisi uyğun olmalıdır. Bu, yarışın əsas qaydalarından biridir", - deyə R.Bünyadəliyev qeyd edib.

Bakıda keçiriləcək Avropa çempionatında idmançılar həm kişilər arasında bodibildinq, həm də qarışıq cütlər və bodifitnes proqramı üzrə yarışacaq.

Xəbər lenti

Xəbər lenti