...

"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid xəstəxanaya yerləşdirilib

Cəmiyyət Materials 24 Noyabr 2006 14:52 (UTC +04:00)

15 gündən bəri aclıq aksiyası keçirən "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin səhhəti bu gün - noyabrın 24-də kəskin şəkildə pisləşdiyi üçün 5 saylı şəhər xəstəxanasına aparılıb. Bu barədə Trend ə "Azadlıq" qəzetindən məlumat verilib.

Bildirilb ki, Qənimət Zahidin səhhətində ürəkgetmə baş verib və dərhal təcili yardım çağırılıb. Təcili yardım xidməti Qənimət Zahidi xəstəxanaya çatdırıb. Hazırda o, 5 saylı xəstəxananın reanimasiya şöbəsində saxlanılır.

Xatırladaq ki, Qənimət Zahid və digər jurnalistlər "Azadlıq" qəzetinin yerləşdiyi Xaqani 33 ünvanındakı binadan çıxarılmasına etiraz edirlər.

Xəbər lenti

Xəbər lenti