...

Noyabrın 28-də Bakıda "Sankt-Peterburq mədəniyyəti günləri" başlanacaq

Cəmiyyət Materials 27 Noyabr 2006 13:30 (UTC +04:00)

Noyabrın 28-də Bakı şəhərində "Sankt-Peterburq günləri" adlı üçgünlük mərasimə start veriləcək. Bu barədə Trend ə Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki baş konsulu Qüdsi Osmanov məlumat verib.

Qeyd edək ki, 2006-cı il Azərbaycanda Rusiya ili elan olunub. Bu çərçivədə Sankt-Peterburq şəhərinin administrasiyası tərəfindən Bakıda "Azərbaycanda Sankt-Peterburq şəhəri günləri" adlı mədəni tədbirlər keçiriləcək. Tədbirlə bağlı Sankt-Peterburq şəhəri administarsiyasının mədəniyyət məsələləri üzrə Komitəsinin sədri Nikolay Burovun başçılığı ilə geniş tərkibli nümayəndə heyəti Bakıya gələcək.

Azərbaycan Respublikası Mədəniyyət və turizm nazirliyindən isə bildiriblər ki, Sankt-Peterburqun nümayəndə heyətini noyabrın 28-də nazir Əbülfəz Qarayev qəbul edəcək. Həmin gün saat 18.00-da "Təntənəli Peterburq" adlı fotosərginin açılı olacaq. Saat 19.00-da Azərbaycan Dövlət Filarmoniyasında Marinski teatrının ifasında konsert keçiriləcək. Noyabrın 29-da saat 19.00-da isə Marinski teatrı "Don Kixot" tamaşasını nümayiş etdirəcək. Həmin gün və noyabrın 30-da saat 19.30-da Bakının kinoteatrlarında Sankt-Peterburqun "Lenflim" kinostudiyasının istehsal etdiyi "İtalyalı" və "Uşaqlığımın mifləri" adlı filmlər nümayiş olunacaq. Noyabrın 30-da Sankt-Peterburq mədəniyyəti günləri başa çatacaq və dekabrın 1-də nümayəndə heyəti Bakını tərk edəcək.

Xəbər lenti

Xəbər lenti