...

Müğənni Lalə Məmmədova "Trend"in forum iştirakçılarının suallarına cavab verir

Cəmiyyət Materials 28 Noyabr 2006 16:00 (UTC +04:00)

Trend in (http://forum.trendaz.com) forum iştirakçılarının suallarına Azərbaycan estradasının populyar müğənnisi Lalə Məmmədova cavab verir.

Bundan başqa, forumda o, eksklüziv olaraq həm övladı ilə, həm də musiqi fəaliyyəti ilə bağlı fotoşəkillərini təqdim edib.

Forum iştirakçılarının suallarına cavab verərkən, L.Məmmədova bəzi yaradıcılıq planları ilə bölüşüb. Belə ki, müğənni üçüncü solo albomunu çıxarmağa hazırlaşır, eləcə də mahnılardan birinə klip çəkmək istəyir. Yayda Lalə Məmmədova Azərbaycan rayonlarında həm kommersiya, həm də uşaq evlərində xeyriyyə konsertləri ilə çıxış etməyi planlaşdırır. Həmçinin Lalə Məmmədovanın layihələrindən biri simfonik orkestrlə konsertdir.

Müğənni ilə ünsiyyət qurmaq istəyənləri Trend in forumunda ona öz suallarını verməyə dəvət edirik.

Xəbər lenti

Xəbər lenti