Azərbaycanın həndbol yığması bu günlərdlə Rumıniyada keçirilən dünya çempionatının seçmə turnirində çıxışına məğlubiyyətlə başlayıb.
Trend in məlumatına görə, ilk qarşılaşmada Georgi Voronovun yetirmələri İslandiyaya 28:31 hesabı ilə məğlub olaraq, növbəti dövrəyə çıxışlarını mürəkkəbləşdirib. Hesabat oyununda komandanın müdafiəsinin yaxşı oynamaması acı məğlubiyyətdən qabaqcadan xəbər verib. Noyabrın 29-da həndbolçular yarışın əsas favoriti sayılan rumınlarla görüşəcək. Meydança sahibləri sonuncu dünya çempionatının gümüş mükafatçısıdır. Buna görə də görüş asan keçməyəcək.
Xatırladaq ki, İtaliya və Portuqaliyanın da mübarizə apardığı qrupdan növbəti mərhələyə yalnız bir komanda çıxacaq.