...

Mətbuat Şurasının sədri ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

Cəmiyyət Materials 30 Noyabr 2006 17:46 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ABŞ-ın ölkəmizdəki səfiri Enn Dersi ilə görüşüb. Bu barədə Trend ə Mətbuat Şurasından məlumat verilib.

Görüşdə əsasən Azərbaycanda söz və mətbuat azadlığının mövcud durumu müzakirə mövzusu olub. Ölkəmizdə son vaxtlar bu aspektdə baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparılıb. Səfir E.Dersi ABŞ-ın Azərbaycanda azad mətbuatın inkişafında, müstəqil mətbu mühitin formalaşmasında maraqlı olduğunu bildirib. O, bu məqsədlə ABŞ səfirliyi tərəfindən mətbuatın inkişafına yardım göstərildiyini, jurnalistlər üçün kurslar, treninq-məşğələlər və seminarların təşkil edildiyini diqqətə çatdırıb. E.Dersi ölkəsinin buna yönələn fəaliyyətini daha da gücləndirəcəyini vurğulayıb.

MŞ sədri Ə.Amaşov diqqəti Azərbaycanda söz və mətbuat azadlığı probleminin təzahür formalarına yönəldib. Problemi doğuran səbəblər sırasında medianın həddən artıq siyasiləşməsi, KİV-lərin iqtisadi cəhətdən özlərini təmin etmək imkanında olmamaları və digər amilləri qeyd edib. Buna görə də məsələlərə kompleks yanaşılmasını məqsədəuyğun sayıb.

Söhbət zamanı həmçinin söz və mətbuat azadlığı ilə bağlı müzakirələrin geniş aspektdə davam etdirilməsi məqsədilə səfir E.Dersi ilə Mətbuat Şurası İdarə Heyəti üzvlərinin birgə görüşünün keçirilməsi də razılaşdırılıb.

Xəbər lenti

Xəbər lenti