...

AFFA qış transfer pəncərəsinin müddətini müəyyən edir

Cəmiyyət Materials 12 Dekabr 2006 15:57 (UTC +04:00)

AFFA yaxın vaxtlarda qış transfer pəncərəsinin dəqiq müddətini müəyyən edəcək. Bu vaxt ölkə çempionatının Yuksək liqasının iştirakçıları futbolçuların dəvət edilməsi ilə məşğul ola bilərlər.

Yarışların keçirilməsi üzrə Assosiasiya Departamentinin başçısı Məlik Həsənov Trend ə bildirib ki, komandalar artıq indi bazarda fəallaşa və legionerlərin alınması üçün lazımi sertifikatlar əldə edə bilərlər. "Bir qayda olaraq, dəvət etmə mövsümü ölkə birinciliyinin fevralın 11-də başlayacaq ikinci dövrəsinin başlanmasına qədər dörd həftə ərzində davam edəcək. Ona görə ən yaxın vaxtda biz transfer pəncərəsinin müddətini müəyyən edəcəyik", - deyə M.Həsənov bildirib.

Xatırladaq ki, birinci dövrənin yekunu üzrə qeyri-rəsmi qış çempionu adını "Xəzər" qazanıb. O, ikinci yerdə gedən "MKT-Araz"ı beş xal qabaqlayıb.

Xəbər lenti

Xəbər lenti