...

"Qarabağ" futbolçuları Antalyaya yola düşüb

Cəmiyyət Materials 6 Yanvar 2007 14:42 (UTC +04:00)

"Qarabağ" futbol klubu Azərbaycan çempionatının ikinci dövrəsinə hazırlıq çərçivəsində üç həftəlik elmi-məşq hazırlığı keçirilən Antalyaya yola düşüb. Trend in verdiyi xəbərə görə, Türkiyədə olduğu müddətdə komanda yerli "Sivaspor", "Gənclər Birliyi", həmçinin Rusiyadan olan bir neçə kollektivlə yoxlama oyunu keçirməyi planlaşdırır. Milli çempionatın İlk dövrəsində uğursuz çıxış etmiş ağdamlıların bütün heyətin iştirak edəcəyi beş-altı görüş keçirəcəkləri, həmçinin müxtəlif taktiki sxemləri sınaqdan keçirmələri gözlənilir. Bununla belə, məhz Bosforun sahillərində "Qarabağ"ın baş məşqçisi Rasim Qara ikinci dövrədə kollektivi əhəmiyyətli dərəcədə möhkəmləndirmək qabilliyyəti olan yeni oyunçuları yoxlamaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti