...

Millət vəkili Asəf Hacıyev: "Təhsil haqqında" qanunun Milli Məclisin yaz sessiyasında qəbul olunması realdır"

Cəmiyyət Materials 8 Yanvar 2007 14:55 (UTC +04:00)

"Təhsil haqqında" qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq. Hətta ola bilsin ki, parlamentin yaz sessiyasında bu qanun qəbul olunsun". Bu barədə Trend ə Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının üzvü, millət vəkili Asəf Hacıyev bildirib.

Xatırladaq ki, "Təhsil haqqında" qanun layihəsi parlament komissiyası tərəfindən Təhsil Nazirliyinə təqdim olunub və nazirlik layihəni öyrənir.

A.Hacıyev qeyd edib ki, qanun layihəsi üzərində iş başa çatmayıb. "İşi o zaman başa çatmış hesab etmək olar ki, layihə Milli Məclisdə üçüncü oxunuşdan keçsin və Azərbaycan prezidenti tərəfindən imzalansın. Hətta o da ola bilər ki, qanun parlamentdə ücüncü oxunuşdan keçsin. Lakin dövlət başçısı tərəfindən imzalanmasın" - deyə millət vəkili vurğulayıb.

Onun sözlərinə görə, qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılmamış ictimaiyyətin müzakirəsinə veriləcək.

Xəbər lenti

Xəbər lenti