...

Minskdə MDB-nin səhiyyə sahəsində əməkdaşlıq üzrə Şurasının XIIII iclası keçiriləcək

Cəmiyyət Materials 8 Yanvar 2007 16:18 (UTC +04:00)

Martın 15-16-da Minskdə MDB-nin səhiyyə sahəsində əməkdaşlıq üzrə Şurasının XIIII iclasının keçirilməsi planlaşdırılıb. Bu barədə Trend MDB İcra Komitəsinə istinadən xəbər verir.

İclasda MDB iştirakçı dövlətlərinin qarşılıqlı fəaliyyətinin genişləndirilməsi, əsasən qarşılıqı maraq doğuran daha ciddi problemlərin: 2007-2008-ci illərdə MDB ölkələri üçün səhiyyə üzrə normativ bazanın yaradılması və təkmiləşşdirilməsi üzrə Proqram layihəsi və s. həlli ilə bağlı tədbirlər planının müzakirəsi nəzərdə tutulub.

Həmçinin iclas çərçivəsində 2005-ci ilin sonuna qədər dövrü əhatə edən MDB-nin fəaliyyət proqramının müddəti bitdikdən sonra da bu sahədə əməkdaşlıq barədə dövlətlərin təkliflərinin müzakirə edilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti