...

"Qaya" Mətbuat Yayımının rəhbəri: "Qəzetlərin rentabelli olması üçün satış qiymətinin artırılması zəruridir"

Cəmiyyət Materials 9 Yanvar 2007 16:32 (UTC +04:00)

"Qəzetlərin rentabelli olması üçün satış qiymətinin artırılması məsləhətdir". Bu fikirləri Trend ə açıqlamasında "Qaya" Mətbuat Yayımı firmasının direktoru Xanhüseyn Əliyev bildirib.

O qeyd edib ki, "Qaya"nın köşklərində satılan qəzetlərdən yalnız "525-ci qəzet", "Ayna"-"Zerkalo" qəzetləri satış qiymətini 50 faiz (indi 30 qəpik) artırıb. Firma rəhbəri hesab edir ki, qiymət artımı zəruridir: "Çünki 1994-95-ci illərdə qəzet 1000 manata idisə, indi də həmin qiymətə satılır. Qəzetlər yeganə istehsal olunan maldır ki, indiyədək qiymətində dəyişiklik olmayıb. Mən qəzetlərin qiymətinin qalxmasının tərəfdarıyam. Bunu "Qaya"nın gəliri üçün deyil, qəzetlərin özlərinin rentabelliyi, gəliri, inkişafı üçün nəzərdə tuturam. Azərbaycanda hazırda heç bir qəzet rentabelli deyil, yəni, gəlirlə işləmir".

X.Əliyev qəzetlərin satış qiymətinin artmasının alıcıların büdcəsinə mənfi təsir göstərdiyini düşünmür. O hesab edir ki, 10 qəpik artıq ödəmək alıcının imkanlarını məhdudlaşdırmır. X.Əliyevin fikrincə, qiymət artımı qəzetlərin satışını çox güzi dərəcədə aşağı sala bilər. Firma rəhbəri onu da istisna etmir ki, qiymət artımından sonra gündəlik olmayan hansısa qəzetlər sıradan çıxa bilər: "Bizim firma 500-dən artıq qəzetlə müqavilə bağlayıb. Lakin bu gün Azərbaycanda real olaraq 50-60 qəzet çıxır. Hansı qəzet oxunursa, ona təlabat varsa, həmin nəşri oxucu alacaq. Hansılarına tələbat yoxdursa, həmin lazımsız qəzetlər sıradan çıxacaq".

Xəbər lenti

Xəbər lenti