...

Azər Tağıyev: Mən Macarıstana həmin ölkənin Vəkillər Kollegiyası ilə əlaqə yaradılması məqsədilə gedəcəyəm

Cəmiyyət Materials 11 Yanvar 2007 19:00 (UTC +04:00)

"Mən Macarıstana həmin ölkənin vəkillər Kollegiyası ilə Azərbaycanın Vəkillər Kollegiyası arasında əlaqələrin yaradılması məqsədilə gedəcəyəm". Bu barədə Trend ə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Azər Tağıyev məlumat verib.

A.Tağıyev bildirib ki, yanvarın 15-də Macarıstana planlaşdırılan səfərinin əsas məqsədi bu olsa da, onun Azərbaycanın Milli Ordusunun Budapeşt həbsxanasında saxlanılan zabiti Ramil Səfərovun vəkilləri ilə görüşü də gözlənilir.

"Ramil Səfərovun apellyasiya şikayəti ilə bağlı keçiriləcək məhkəmə iclasına hazırlıq məsələlərinin müzakirəsini onun ailəsi tərəfindən qanuni nümayəndə kimi tutulmuş vəkil İkram Şirinov həyata keçirəcək. Mənim isə səfərimin əsas məqsədi iki ölkənin VK-ları arasında əlaqələrin qurulması ilə bağlı bir sıra şəxslərlə görüşlər keçirmək və müzakirələr aparmaqdır. Əgər Ramil Səfərovun apellyasiya şikayətinə baxılması ərəfəsində bu ölkəyə səfər edirəmsə, təbii ki, onun macar vəkili ilə də görüşəcəyəm. Lakin bu işlə sırf məşğul olan şəxs Ramilin ailəsinin qanuni nümayəndəsi İkram Şirinovdur" - deyə VK sədri bildirib.

Xəbər lenti

Xəbər lenti