...

Həcc ziyarətini başa vurmuş azərbaycanlı zəvvarların səhhəti ilə Qafqaz Müsəlmanları İdarəsinin həkimləri məşğul olur

Cəmiyyət Materials 15 Yanvar 2007 13:49 (UTC +04:00)

"Həcc ziyarətində olan zəvvarlarımızın səhhətinə nəzarət etmək üçün onlar arasında bizim həkimlərimiz var və xəstələrə əllərindən gələn köməkliyi göstərirlər". Bu fikirləri Trend ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Hacı Akif Ağayev bildirib.

Qeyd edək ki, Həcc ziyarəti başa çatdıqdan sonra Bakı-Ciddə aviareysinin gecikməsi üzündən azərbaycanlı zəvvarlar bir neçə gün aeroprt ərazisində gözləməli olublar və onların bir çoxunun səhhətində problemlər yaranıb. Hacı Akif Ağayev bildirib ki, Həcc ziyarətində QMİ-nin həkimləri iştirak edirlər və onlar səhhətində problemlər yaranan zəvvarlara köməklik göstərirlər: "Ziyarətdə bir nəfər zəvvarımız xəstəxanaya yerləşdirildi və sonra tam sağalaraq Azərbaycana qayıtdı. Həkimlərimiz nə mümkündürsə köməklik göstərirlər. Ümumiyyətlə, Həcc ziyarəti ağır prosesdir, zəvvarlar havasını, şəraiti dəyişirlər. Zəvvarlar arasında qocalar, xəstələr olur, ona görə də təbii olaraq belə problemlər də yaranır".

Hacı Akif əlavə edib ki, Həcc ziyarətini başa vurmuş azərbaycanlı zəvvarların qalan hissəsi yanvarın 16-da və 18-də təyyarə ilə Azərbaycana qayıdacaqlar. Yanvarın 16-da bir reys, 18-də isə 2 reyslə zəvvarlar Bakıya gələcək. Hacı Akifin sözlərinə görə, bu dəfə reyslərin öz vaxtında baş tutması gözlənilir.

Xəbər lenti

Xəbər lenti