...

"Mətbuat Şurasına səlahiyyətlər verilməsi üçün "KİV haqqında" qanuna dəyişikliklər layihəsi hazırlamışıq" - qurumun sədri Ə.Amaşov

Cəmiyyət Materials 19 Yanvar 2007 12:24 (UTC +04:00)

"Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarına sayğısızlıq hallarının araşdırılması üçün Mətbuat Şurasına əlavə səlahiyyətlər verilməlidir. Bunun üçün "Kütləvi informasiya vasitələri haqqında" qanuna əlavə və dəyişikliklər layihəsi hazırlamışıq". Bu fikirləri Trend ə açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Ə.Amaşov bildirib ki, qanuna dəyişikliklər konkret olaraq Mətbuat Şurasının səlahiyyətləri ilə bağlıdır. O, qeyd edib ki, Mətbuat Şurasına çoxsaylı şikayətlər daxil olur və Şura bunlarla bağlı qərarlar qəbul edir. Lakin barəsində qərar çıxarılmış mətbu orqanlar buna əhəmiyyət vermir, jurnalistlərin peşə davranış qaydalarını pozmaqda davam edirlər: "Bu qərara gəldik ki, "Kütləvi informasiya vasitələri haqqında" Qanuna əlavə və dəyişikliklər layihəsi hazırlayaq. Bu layihədə Mətbuat Şurasına verilən səlahiyyətlər gündəmə gətirilir. Təklif edirik ki, jurnalistlərin peşə davranışı qaydaları 3 dəfədən çox pozularsa və Mətbuat Şurasının qərarı varsa, məhkəmə tərəfindən həmin nəşrlərin fəaliyyəti dayandırıla, yaxud onlara cərimə kəsilə bilər"-deyə Ə.Amaşov məlumat verib.

Mətbuat Şurası həm də "reketçi" qəzetlərə qarşı mübarizə aparmaq üçün səlahiyyətlər istəyir.

Xəbər lenti

Xəbər lenti