...

Atıcılıq üzrə olimpiya mükafatçısı İrada Həşimova Münhendə turnirdə iştirak edəcək

Cəmiyyət Materials 20 Yanvar 2007 12:08 (UTC +04:00)

Afinadakı olimiadanın bürünc mükafatçısı İrada Həşimova dekabrın 22-də Münhendə başlayacaq güllə atıcılığı üzrə beynəlxalq turnirdə iştirak edəcək.

Trend in verdiyi xəbərə görə, yarışın favoritlərindən hesab olunan snayper uğurunu 25 metrdən kiçikkalibrli tapança ilə və on metrlikdən pnevmatik silahla atəş açmaqla sınayacaq. Həmçinin medal uğrunda mübarizəyə Avropa birinciliyinin gənclər arasında gümüş mükafatçısı, ölkənin yaxşı idmançıları beşliyinə düşmüş Nigar Bağırova və Ruslan Lunev qoşulacaq.

Qeyd etmək lazımdır ki, bu il atıcılıq üzrə bir çox məsuliyətli yarışlarda iştirak etmək lazım gələcək ki, Pekinə vəsiqə almaq mümkün olsun. İxtisas yarışı hələ ötən mövsümdən başlayıb, lakin bizim snayperlərimiz minimum tapşırığı yerinə yetirə bilməyib.

Xəbər lenti

Xəbər lenti