...

Mingəçevir Şəhər Polis İdarəsi əməkdaşlarının məhkəməsinə hazırlıq iclası keçirilib

Cəmiyyət Materials 22 Yanvar 2007 13:22 (UTC +04:00)

Yanvarın 22-də Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində Mingəçevir Şəhər Polis İdarəsinin əməkdaşları Abbasov İlqar Əmiraslan oğlu, Murğuzov Ramiz Bəxtiyar oğlu, Həsənov Anar Əjdər oğlu və Musayev Elçin Hüseyn oğlunun məhkəməsinə hazırlıq iclası keçirilib. Bu barədə Trend xəbər verir.

Polis əməkdaşları Mingəçevir şəhər sakini, Qarabağ əlili Rasim Əlişovu qanunsuz olaraq Şəhər Polis İdarəsində saxlamaqda təqsirləndirilirlər. Əlilin idarədə qanunsuz saxlanılması 25 iyul 2006-cı il tarixdə onun ölümü ilə nəticələnib.

İlqar Abbasovla Ramiz Murğuzova qarşı Cinayət Məcəlləsinin 126.3 və 390.2-ci, Anar Həsənovla Elçin Musayevə qarşı isə 309.2-ci maddəsi ilə ittihamlar irəli sürülüb.

Məhkəmə baxışı yanvarın 29-na təyin edilib.

Qeyd edək ki, məhkəmə iclasına hakim Nüşabə Ağayeva sədrlik edir.

Xəbər lenti

Xəbər lenti