...

Xanlar rayonunun məktəblərində müəllim çatışmazlığı var

Cəmiyyət Materials 26 Yanvar 2007 11:40 (UTC +04:00)

Xanlar rayonunun ucqar kəndlərində 11 məktəbdə müəllim çatışmazlığı var. Bu barədə məlumatı Trend ə rayon Təhsil İdarəsinin müfəttişi Dilarə Mövlayeva verib.

Müsahibin sözlərinə görə, 2006-ci ilin sentyabr ayında rayon məktəblərinə işləmək üçün 11 müəllim gəlib ki, onların da 9-u elə həmin rayondan, digər 2 nəfəri isə başqa rayondan olub. Bu ilin yanvar ayının araşdırmasına görə isə məlum olub ki, rayonun ucqar kəndlərində olan 11 orta məktəbində 22 müəllimə ehtiyac var.

"Müəllim çatışmazlığı əsasən coğrafiya, bədən tərbiyə və ingilis dili fənlərində var. Ucqar kəndlərdə işləmək istəyənlər çox azdır. Dövlət artıq bu sahədə bir sıra addımlar atıb. Yəqin ki, bundan sonra gənc kadrlar ucqar kəndlərdə işləməyə maraq göstərəcəklər" - deyə D. Mövlayeva bildirib.

Xəbər lenti

Xəbər lenti