...

Azərbaycan Gənclər və İdman Nazirliyi elmlə məşğul olan gənclərin problemlərinin həlli üzərində işləyir

Cəmiyyət Materials 26 Yanvar 2007 13:36 (UTC +04:00)

Azərbaycan Gənclər və İdman Nazirliyi elmlə məşğul olan gənclərin problemlərinin həlli üzərində işləyir. Trend xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, nazirlik onların problemini öyrənib, bu problemlərin əksəriyyətini aşağı əmək haqqı, elmi işlərin nəşri üçün maddi vəsaitlərin çatışmazlığı, elmi kəşflər üçün patentlərin alınmasında çətinliklər və s. təşkil edir. Nazirlik bu problemlərin həlli istiqamətində bir sıra təkliflər hazırlayıb.

Nazirin sözlərinə görə, bu gün Azərbaycan əhalisinin təxminən 66%-ni uşaq və gənclər təşkil edir və gənclərin sosial həyat tərzinin yaxşılaşdırılması nazirliyin əsas vəzifəsidir.

Xəbər lenti

Xəbər lenti