...

Veselin Topalov hesab edir ki, Teymur Rəcəbov dünyanın ən güclü qrossmeysterlərindən biridir

Cəmiyyət Materials 31 Yanvar 2007 13:17 (UTC +04:00)

"Teymur Rəcəbov dünyanın ən güclü qrossmeysterlərindən biridir". Veyk-An-Zeyedəki superturnirdə onun oyununun təsiri altında olan FİDE reytinqinin lideri Veselin Topalov azərbaycanlı şahmatçı haqqında belə deyib. Onlar bu turnirdə Levon Aronyanla birlikdə qalib elan olunublar.

Trend in "Sport-Ekspress"ə istinadən verdiyi xəbərə görə, bolqar qeyd edib ki, bir çoxları vaxtilə Bakıda o və Teymur arasında iddia yarışının keçirilməsi imkanını istehza ilə qarşılayıblar. "İndi bizim o vaxt bildiyimiz hamıya aydın olub. Onun istedadı - xalis cənub, Kasparov istiqamətidir. Onun gəncliyi, fantastik enerjisi, partiyalarda qısa nəzarətlə parlaq oyunu nəzərə alaraq, düşünürəm ki, o, FİDE nəzarəti ilə yarışlarda xüsusilə təhlükəli olacaq", - deyə V.Topalov hesab edir.

Xəbər lenti

Xəbər lenti