...

Media Hüququ İnstitutu Azərbaycanda medianın durumu ilə bağlı aylıq hesabatını açıqlayıb

Cəmiyyət Materials 1 Fevral 2007 18:16 (UTC +04:00)

Media Hüququ İnstitutu Azərbaycanda medianın durumu ilə bağlı aylıq hesabatını açıqlayıb. Trend in məlumatına görə, hesabatda Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarları, jurnalistələrlə bağlı məhkəmə prosesləri, peşə fəaliyyətlərinin məhdudlaşdırılması kimi faktlar təsnifatlaşdırılıb.

MTRŞ-nin qərarı ilə yanvarın 3-də Türkiyənin "Kanal D" televiziyasının Azərbaycanın ölkəiçi tezliklərdə yayımının dayandırılması, Rusiyanın RTR və ORT, Türkiyənin "Saman yolu" (STI) telekanallarının 2007-ci ilin iyulunda dayandırılacağı, ANS-in lisenziyası məsələsinin həllini tapmadığı qeyd olunub. Ötən ilin ortalarında MTRŞ-nin Yevlax və Şəki şəhərlərində televiziya yayımı üçün keçirdiyi müsabiqələr barədə rəsmi məlumatlar verilmədiyi bildirilib. "Amerikanın səsi" televiziyasının Azərbaycan redaksiyasının hazırladığı "Nyusfləş" (Newsflash) və "Amerika icmalı" proqramlarının Azərbaycan Dövlət Televiziyasında (AzTI) yayımlamağa başladığı, "Amerikanın səsi", "Azadlıq", "BBC" radiolarının ANS-də, "Anten" və dövlət radiolarında yayımının qadağan edildiyi bildirilir. Hesabatda MTRŞ-nin fəaliyyəti tənqid olunub, bu qurumn yaranması üsulu və onun səlahiyyətlərinin lazımi tələblərə cavab vermədiyi vurğulanıb.

Hesabatda göstərilib ki, "Sənət" qəzetinin yazarları Rafiq Tağı və Samir Sədaqətoğlunun həbs müddəti daha iki ay uzadılıb, "Tinsohbeti" və "Susmayaq.biz" internet resurslarına giriş qapadılıb, sonuncu saytın yaradıcısı həbs olunub. Daxili İşlər naziri Ramil Usubov və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun iddiaları əsasında "Nota bene" qəzetinin əməkdaşı Fərəməz Novruzoğlu iki il həbs cəzasına, qəzetin baş redaktoru Sərdar Əlibəyli 1 il 6 ay islah işləri cəzasına məhkum edilib. Həmçinin qeyd olunub ki, yanvar ayında media nümayəndələrinin etiraz aksiyalarını işıqlandırarkən təzyiqlərlə üzləşib. Media Hüququ İnstitutu sonda hökumətə bir neçə təkliflərini təqdim edib.

Xəbər lenti

Xəbər lenti