...

Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə yeni kitablar gətirilib.

Cəmiyyət Materials 6 Fevral 2007 18:26 (UTC +04:00)

Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə 1600 nüsxədən çox kitab gətirilib. Bu barədə məlumatı Trendə Samux rayon Mədəniyyət Və Turizm İdarəsinin rəisi Süleyman Əliyev verib.

Müsahibin sözlərinə görə M.F. Axundov adına Milli Kitabxanadan müxtəlif mövzularda 91 nüsxədən ibarət bədii ədəbiyyat da alınıb.

"F.Köçərli adına Respublika Uşaq Kitabxanasınadan isə Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə 50 nüsxə kitab hədiyyə edilib. Bundan başqa Respublika Gözdən Əlillər Cəmiyyətindən 100-ə yaxın müxtəlif mövzularda audio kasetlər alınıb. Həmin kasetlərə Azərbaycan və Dünya ədəbi incilərindən nümunələr köçürülmüşdür"

S.Əliyevin sözlərinə görə, Samux rayon Mərkəzləşdirilimiş Kitabxana Sisteminin kitab fondu hazırda 222 min 200 nüsxə təşkil edib. Rayon üzrə 15 min 800 oxucu 273 min 827 nüsxə kitab mütaliə edir.

Məlumat üçün bildirək ki, ötən il Samux rayon rəhbərliynin təşəbbüsü ilə Samux rayon Mərkəzi Kitabxanası əsaslı şəkildə təmir edilib.

Xəbər lenti

Xəbər lenti