...

Hacı Allahşükür Paşazadənin ANS-ə qaytardığı 4000 manat Balakənin İtitala kəndindəki məscidin yenidən qurulamsına xərclənəcək

Cəmiyyət Materials 12 Fevral 2007 20:43 (UTC +04:00)

"Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin layiq görüldüyü "İlin Adamı" mükafatının üstündə ona təqdim olunan və şeyxin ANS Şirkətlər Qrupuna qaytardığı 4000 manat Balakən rayonunun İtitala kəndində yaşayan inqloyların məscidlərinrin bərpasına sərf olunacaq." Bu sözləri Trend ə açıqlamasında ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mir Şahin Ağayev deyib.

M.Ağayev bildirib ki, həmin məbləğ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucova təqdim olunacaq. Komitə sədri isə İtitala kədindəki məscidin axundunu Bakıya dəvət edərək həmin məlbəği ona verəcək. Vəsait məscidin yenidən qurulmasına xərclənəcək.

Xəbər lenti

Xəbər lenti