...

Əli İnsanovun məhkəməsi ittiham oxunuşu ilə davam edib

Cəmiyyət Materials 27 Fevral 2007 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend E.Cavadova/Fevralın 27-də Azərbaycanın Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanovun və digər 10 təqsirləndirilən şəxsin məhkəməsi ittiham aktının oxunuşu ilə davam etdirilib.

İş üzrə prokuror Çingiz Şükürov ittiham aktının oxunuşunu başa vurduqdan sonra sübutların araşdırılması mərhələsini təklif edib. Lakin Əli İnsanov hakimdən xahiş edib ki, sübutların araşdırılmasına keçməmişdən əvvəl, onun hələ məhkəmə prosesi başlanan gündən təqdim etdiyi vəsadətlərə bir daha baxılsın. Məhkəmə bu məsələnin müzakirəsini fasilədən sonraya saxlayıb.

Fasilədən sonra Ə.İnsanovun məhkəmədə ifadə verəcəyi gözlənilər.

Məhkəmə prosesi səhər saat 10:00-a təyin edilsə də, vəkillərin prosesə gecikməsi ucbatından iclas öz işinə 12:45-də başlayıb.

Xəbər lenti

Xəbər lenti