...

Gəncənin "Ozan" məscidi təmir ediləcək

Cəmiyyət Materials 27 Fevral 2007 19:14 (UTC +04:00)

Azərbaycan, Gəncə/müxbir Trend V.Məmmədov/Gəncənin "Ozan" məscidi təmir ediləcək. Bu barədə Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikova məlumat verib.

Müsahibin sözlərinə görə, təmir işləri "Ocaq" Humanitar Birliyi və bir qrup şəhər ziyalısının vəsaiti hesabına aparılacaq. "Artıq Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri məsciddə olub və işlərin aparılması barədə razılıq veriblər. Sözsüz ki, hər iş nazirliyin şərtləri daxilində aparılacaq. Çünki məscid tarixi abidədir", deyə M. Məlikova bildirib.

"Ocaq" Humanitar Birliyinin sədri Şahin Rzayevin bildirdiyinə görə, birlik və bir qrup şəhər ziyalısının maliyyə vəsaiti hesabına yalnız məscidin dam örtüyü təmir ediləcək. Daxili təmir işlərini isə Mədəniyyət və Turizm Nazirliyi öz üzərinə götürüb. "Təxmini hesablamamıza görə, dam örtüyünün dəyişdirlməsi üçün 15 000 manat vəsait lazım olacaq. Bu puldan 4 000-i ustaların əmək haqlarına, qalanı isə tikinti materiallarının alınmasına sərf ediləcək", deyən Ş. Rzayev əlavə edib ki, işlərin mart ayında başlanılması planlaşdırılır və 3-4 ay ərzində "Ozan" məscidinin dam örtüyü tamamilə dəyişdiriləcək.

Xəbər lenti

Xəbər lenti