...

2004-cü il Olimpiadasının bürünc mükafatçısı İradə Aşumova reytinqdə düşüb

Cəmiyyət Materials 5 Mart 2007 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Afina Olimpiadasının bürünc mükafatçısı İradə Aşumova Beynəlxalq Federasiyada (ISSF ) öz mövqeyini ağırlaşdırıb. Azerisport.com-un verdiyi məlumata görə, 25 metrlik kiçik çaplı tapançadan atıcılıq üzrə dərəcə cədvəlində 221 balı olan idmançı 15-ci mövqedən 18-ə düşüb.

84-cü yerlə kifayətlənən gənclər arasında Avropa birinciliyinin gümüş mükafatçısı Nigar Bağırovanın vəziyyəti isə daha pisdir. Təqdirəlayiq haldır ki, 10 metrə sıxılmış hava ilə işləyən silahdan atıcılıq üzrə reytinq cədvəlində N.Bağırova 25-ci sətri tutmaqla dəstədə daha çox titullu rəfiqəsini qabaqlayır. İ.Aşumova isə öz növbəsində, fəalda 92 balla 31-ci mövqeni tutur.

Xəbər lenti

Xəbər lenti