...

Macarıstanda məhkum edilmiş Ramil Səfərov həbsxanaya köçürülüb

Cəmiyyət Materials 6 Mart 2007 19:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Budapeşt şəhər məhkəməsminin 13 aprel 2006 - cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmiş Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov dünən saxlandığı istintaq təcridxanasından Budapeştdən 170 km aralıda yerləşən həbsxanaya köçürülüb. R.Səfərovun ailəsinin məhkəmədəki nümayəndəsi İkrvam Şirinov bildirib ki, Ramilin vəkili Klara Fişer bu həftə ərzində məhkumla həbsxanada görüşməyi nəzərdə tutur. Həmçinin Ramil barəsində Apelyasiya Məhkəməsinin qərarı hələlik vəkillərə təqdim olunmayıb. Vəkillər qərarı alandan sonra hökmdən Macarıstan Ali Məhkəməsinə kassasiya şikayəti hazırlayacaqlar.

Xəbər lenti

Xəbər lenti