...

Rəcəb Tayyib Ərdoğan: Yalnız sıx əməkdaşlıq etməklə Azərbaycan və Türkiyə qarşıda duran məsələ və problemlərini həll edə bilər

Cəmiyyət Materials 9 Mart 2007 15:39 (UTC +04:00)
Rəcəb Tayyib Ərdoğan: Yalnız sıx əməkdaşlıq etməklə Azərbaycan və Türkiyə qarşıda duran məsələ və problemlərini həll edə bilər

Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/Yalnız sıx əməkdaşlıq etməklə Azərbaycan və Türkiyə qarşıda duran məsələ və problemlərini həll edə bilər. Bu barədə martın 9-da Bakıda Türkiyə-Azərbaycan diasporlarının I Forumunda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal olunsa da, tez və ya gec bu məsələdə ədalət qələbə qazanacaq. Türkiyə qarşısında duran problem və məsələlər arasında baş nazir erməni diasporu tərəfindən uydurma "erməni soyqırımı"nın sırınması, həmçinin Kiprin türk icmasının ədalətsiz olaraq izolyasiyasını qeyd edib.

R.T.Ərdoğan Azərbaycan və Türkiyə diasporlarının güclərinin birləşdirilməsi və birgə işin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Bununla yanaşı o, iki dövlətin müstəqilliyinin möhkəmləndirilməsi üçün birgə regional layihələrin reallaşdırılmasını yüksək qiymətləndirib.

"Azərbaycanın kədəri Türkiyənin kədəri, Azərbaycanın sevinci isə Türkiyənin sevincidir", - deyə R.T.Ərdoğan qeyd edib.

Xəbər lenti

Xəbər lenti