...

Azərbaycan Vəkillər Kollegiyasına keçirilmiş imtahanların nəticələrindən narazı qalan namizədlər bir ay müddətində apellyasiya şikayəti verə bilər

Cəmiyyət Materials 10 Mart 2007 10:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Azərbaycan Vəkillər Kollegiyasına keçirilmiş imtahanların nəticələrindən narazı qalan namizədlər bir ay müddətində apellyasiya şikayəti verə bilər. Bu müddət Vəkillər Kollegiyası Rəyasət Heyətinin dünən keçirilən iclasında müəyyənləşdirilib.

Kollegiyanın sədr müavini Fərhad Nəcəfov imtahanın nəticələrindən narazı qalan 2 namizədin apellyasiya şikayəti verdiyini deyib. 1 ay müddətində daxil olan apellyasiya şikayətləri namizədlərin, Vəkillər Kollegiyası və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası nümayəndələrinin iştirakı ilə araşdırılacaq. Bu mərhələ yekunlaşandan sonra test imtahanlarında uğur qazanmış 290 namizədlə müsahibə keçiriləcək.

Martın 4-də keçirilmiş imtahanlarda iştirak etmək üçün 441 hüquqşünas sənəd vermişdi.

Xəbər lenti

Xəbər lenti