...

AAK-ın üzvü B.Kömür: "Avropa Azərbaycanlıları Konqresinin qurultayı hər il, toplantıları hər ay keçirilməlidir"

Cəmiyyət Materials 10 Mart 2007 12:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Avropa Azərbaycanlıları Konqresinin (AAK) toplantıları tez-tez keçirilməlidir. AAK-ın üzvü, Avropada Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Başar Kömür Konqresin II qurultayında bu təkliflə çıxış edəcəyini bildirib.

B.Kömür qeyd edib ki, Avropada beş milyon türk yaşayır və bu, böyük qüvvə deməkdir: "Bu böyük qüvvənin bütün türk dünyasının problemlərini beynəlxalq qurumlara, Avropa strukturlarına çatdırması üçün akademik səviyyədə təşkilatlanması lazımdır. Konqresin qurultayında məhz bu iş önə çəkilməlidir. Konqresin qarşısında konkret vəzifələr qoyulmalıdır ki, Xocalı soyqırımını, Azərbaycanın bir milyon qaçqın-köçkününün hələ də bu vəziyyətdə yaşamasını və digər problemləri Avropanın nüfuzlu ictimai, siyasi dairələrinin diqqətinə çatdırmaqla məşğul olsun. Mən hesab edirəm ki, Konqresin qurultayı hər il, toplantıları isə hər ay keçirilməlidir"-deyə B.Kömür bildirib.

Xəbər lenti

Xəbər lenti