...

Ombudsman: "Azərbaycanda uşaqların internatlardan ailələrə verilməsi üzrə proqramın həyata keçirilməsi sahəsində müəyyən işlər görülüb"

Cəmiyyət Materials 12 Mart 2007 20:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycanda uşaqların dövlət müəssələrindən, internatlardan ailələrə verilməsi üzrə proqramın həyata keçirilməsi sahəsində müəyyən işlər görülüb. Bu barədə martın 12-də insan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova BMT-nin Uşaq Fondunun (YUNİSEF) Mərkəzi və Şərqi Avropa, MDB və Baltikyanı ölkələr üzrə regional ofisinin direktoru Mariya Kalivisi ilə görüşündə məlumat verib. E.Süleymanova qeyd edib ki, Ombudsman Aparatı bu istiqamətdə monitorinqlər aparır.

Ombudsman uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə qonağa məlumat verib. Eyni zamanda bir sıra təkliflərlə çıxış edib.

E.Süleymanova deyib ki, YUNİSEF-lə yaxından əməkdaşlıq etdiklərini, bu əməkdaşlıq çərçivəsində Uşaq Hüquqları Mərkəzi yaradılıb.

Xəbər lenti

Xəbər lenti