...

Rəqs cütlüyü Azərbaycanı dünya çempionatında təmsil edəcək

Cəmiyyət Materials 17 Mart 2007 14:15 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Z.Səfərov/Fiqurlu konkisürmə üzrə Azərbaycanı təmsil edən rəqs cütlüyü Kristin Freyzer - İqor Lukanin martın 19-da Tokioda start götürən dünya çempionatında iştirak edəcək.

Trend in məlumatına əsasən, olimpiadanın üçqat iştirakçıları üçün qarşıdakı start mövsümü yekun olduğuna görə ikiqat məsuliyyətlidir. Belə ki, idmançılar mundialda kifayət qədər yaxşı nəticələr nümayiş etdirib və iki dəfə 13-cü yeri tutub. Artıq məlumdur ki, yarışmada iyirmi doqquz ölkədən fiqurçulər iştirak edəcək. Hesabın favoritləri Avropanın yeni çempionları Fransadan olan İzabell Delobel və Oliver Şelfender, həmçinin rusiyalı Oksana Domnin və Maksim Şabalindir.

Qeyd etmək lazımdır ki, çempionatın qalibi yerinə yetirilmiş qısa, sərbəst proqram və orijinal rəqsin nəticələrinə əsasən müəyyən ediləcək.

Xəbər lenti

Xəbər lenti