...

Sankt-Peterburqda keçiriləcək Beynəlxalq Forumda Azərbaycan filmləri nümayiş olunacaq

Cəmiyyət Materials 28 Mart 2007 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Martın 30-dan aprelin 8-dək Sankt-Peterburq şəhərində keçiriləcək "Yaşamaq vaxtıdır" adlı II Beynəlxalq Sosial Forumda Azərbaycan da təmsil olunacaq. Bu barədə Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan məlumat verilib.

Forumun gündəliyində Rusiya və xarici ölkə filmlərinin nümayişi də nəzərdə tutulur. Cizgi, sənədli və digər filmlərin müsabiqəsində Azərbaycandan olan filmlər də təqdim ediləcək. Sankt-Peterburqdakı Baş Konsulluğun təşəbbüsü ilə Nəsimi Əliyevin "Çıxış" sənədli filminə, D.Teymurun "Qara cənnət" adlı qısametrajlı filminə baxış keçiriləcək.

Xəbər lenti

Xəbər lenti