Azərbaycan, Bakı /müxbir Trend E. Hüseynli/ANS televiziyası və ANS ÇM radiosunun tezliyi üzrə elan olunan tender sabah başa çatır. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Trend in əməkdaşına cümə günü bildirib ki, tenderdə iştirak etmək üçün quruma ANS-dən başqa müraciət edən olmayıb. Məhərrəmlinin sözlərinə görə, elan olunan tenderin müddəti sabah başa çatsa da, Teleradio Şurası tenderin nəticələrini bir müddətdən sonra açıqlayacaq: "Müvafiq qanunlara görə, tenderin müddəti başa çatdıqdan sonra şura bir ay müddətinə bu məsələyə baxa bilər. Tenderdə alternativlik olmadığından, şura üzvləri nəticələrin ləgv edilib-edilməməsi məsələsinə baxacaq".