...

Azərbaycan baş nazirinin birinci müavini Moskvada diasporla görüşüb

Cəmiyyət Materials 30 Mart 2007 16:42 (UTC +04:00)

Rusiya, Moskva/müxbir Trend R.Ağayev/Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskvadakı mərkəzi ofisində Azərbaycan baş nazirinin birinci müavini, Rusiyada yaşayan həmvətənlərimizə yardım göstərilməsi üzrə Dövlət Komissiyasının rəhbəri Yaqub Eyyubov Konqres rəhbərliyi, ÜAK-ın regional şöbələrinin rəhbərləri, Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri ilə görüşüb. Bu barədə Trend in Moskvadakı xüsusi müxbiri məlumat verib.

Görüşdə ÜAK-ın prezidenti Məmməd Əliyev Koqresin fəaliyyəti və bu illər ərzindəki nailiyyətləri barədə danışıb. Çıxışında o qeyd edib ki, təşkilat Azərbaycanın eks-prezidenti Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb və Azərbaycan prezidenti İlham Əliyevin nəzarəti altındadır. O, Konqresə və bütün həmvətənlərimizə diqqətə görə minnətdarlığını bildirib və qeyd edib ki, bu təşkilat ÜAK-ın qurultayında iştirak etmiş Azərbaycan və Rusiya prezidentləri tərəfindən dəstəklənir.

Yaqub Eyyubov ikigünlük səfərlə Moskvadadır. Səfər çərçivəsində o, artıq Moskva hökuməti ilə işçi görüş keçirib və Azərbaycan diasporlarının nümayəndələri ilə görüşüb. Bu il martın 30-da Y.Eyyubov MDB İqtisadi Şurasının növbəti iclasında iştirak edir.

Xəbər lenti

Xəbər lenti