...

Qrossmeyster Şəhriyar Məmmədyarov Veselin Topalovla yenidən görüşəcək

Cəmiyyət Materials 31 Mart 2007 12:26 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov mayın 9-da Sofiyada başlayacaq "Mstel Masters" superturnirinin təşkilatçıları tərəfindən dəvətnamə alıb. Trend ə verilən məlumata görə, FİDN-nin reytinqində 4-cü yeri tutan milli şahmatçımızdan başqa yarışda bolqarıstanlı Veselin Topalov, İngiltərədən Maykl Adams, ABŞ nümayəndəsi Qata Kamski, Hindistandan Krişnan Saşikiran və rumıniyalı Liviu-Diter Nisipyanu da yarışacaqlar.

Maraqlıdır ki, turnir heç-heçənin qadağan olunduğu Sofiya qanununa əsasən keçəcək. Bu da əsas mükafat uğrunda müparizəni daha da kəskinləşdirəcək. Qeyd etmək lazımdır ki, keçən il Bolqarıstanda qələbəni Veselin Topalov qeyd edib, Hollandiya yarışında isə Məmmədyarov onu udub.

Xəbər lenti

Xəbər lenti