...

Millət vəkili: "Ombudsman səlahiyyətinə aid olmayan məsələlərlə məşqul olmamalıdır"

Cəmiyyət Materials 2 Aprel 2007 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Ombudsman səlahiyyətinə aid olmayan məsələlərlə məşqul olmamalıdır. Millət vəkili, müxalifətdən olan Ədalət Partiyasının sədri İlyas İsmaylov bildirib ki, insan hüquqları üzrə müvvəkil (ombudsman) Elmira Suleymanovanın xarici ölkələrə səfər etməsi, dövlətlərarası münasibətlərə dair məsələləri müzakirə etməsi qanunda nəzərdə tutulmayıb.

"Elmira Süleymanovun Moskva və Gürcüstanda müzakirə etdiyi məsələlərlə məşğul olan dövlət orqanları var. Ona görə də ombudsmanın xarici ölkələrə səfər etməsi üçün xərclənən pullar əlavə xərclərdir", -deyə İ.İsmayılov bildirib.

O vurğulayıb ki, qanuna görə ombudsman Azərbaycanda dövlətlə vətəndaş arasında münasibətləri tənzimləməklə məşğul olmalıdır.

Xəbər lenti

Xəbər lenti