...

Azərbaycanın Xanlar rayonunda yeni məktəb istifadəyə veriləcək

Cəmiyyət Materials 4 Aprel 2007 13:29 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V. Məmmədov/ Xanlarda inşa edilən yeni orta məktəb avqustda istifadəyə veriləcək. Xanlar rayon Təhsil İdarəsinin sədri Altay İsmayılov çərşənbə günü açıqlamasında bildirib ki, orta məktəbin tikintisi Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) maliyyə dəstəyi ilə həyata keçirilib.

Onun sözlərinə görə, 820 şagird üçün nəzərdə tutulan yeni orta məktəbin zirzəmisində hərbi hazırlıq dərsləri və mülki müdafiə tədbirlərinin həyata keçirilməsi üçün xüsusi tədris otaqları da inşa olunub. Məktəbin tikintisi üçün 960 min manat vəsait xərclənib.

Xəbər lenti

Xəbər lenti