...

Nicat Şıxəlizadə Avropa-2007 oyunlarında çıxış edən ilk azərbaycanlı südoçu olacaq

Cəmiyyət Materials 7 Aprel 2007 11:01 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Nicat Şıxəlizadə aprelin 6-da Belqradda başlayacaq Avropa çempionatında çıxış edən ilk azərbaycanlı südoçu olacaq.

Trend ə verilən məlumata görə, gənclər arasında dünya birincisinin rəqibi belarusiyalı Sergey Novikovdur. Əgər Nicat ona qalib gələrsə, onda milli idmançımızı İviça Kozonko (Serbiya) və Pavel Petrikovla (Çexiya) görüş gözləyir.

Elə həmin gün totamiyə qitə birinciliyinin gümüş medal mükafatçısı Kifayət Qasımova (57) çıxacaq. O isə serbiyalı Radmil Perişiçlə görüşəcək. Əgər Kifayət ilk maneəni dəf edə bilsə, növbəti hissədə onun yolunda isveçli Mariya Lindberq duracaq.

Eyni zamanda Avropa çempionu Elnur Məmmədlinin də rəqibi bəlli olub. O, ilk qarşılaşmada belçikalı Dirk Van Tiçeltlə görüşəcək.

Xəbər lenti

Xəbər lenti