...

Gəncədə uşaqların "İmmunlaşdırma həftəsi" keçiriləcək

Cəmiyyət Materials 9 Aprel 2007 13:28 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncədə immunlaşdırmadan yayınan uşaqların aşkarlanması üçün "İmmunlaşdırma həftəsi" keçiriləcək. Bu barədə bazar ertəsi şəhər Gigiyena və Epidemialogiya Mərkəzində keçirilən tədbirdə şöbə müdiri Almaz Tomiyeva bildirib. A.Tomiyeva bildirib ki, aprelin 16-dan 23-nə kimi keçirilən tədbirdə immunlaşdırılan uşaqların siyahısı tutulacaq. Onun sözlərinə görə, immunlaşdırılmadan yayınan uşaqların sayı 50-dən də çox ola bilər. Bura şəhərə yeni gələn uşaqlar, ev şəraitində doğulan körpələr və b. daxildir.

İmmunlaşdırma əsasən vərəm, polimielit, hepatit B, göy öskürək, difteriya, tetanus, qızılca və məxmərək xəstəliklərinə qarşı aparılacaq

Xəbər lenti

Xəbər lenti