...

Gimnast Aliyə Qarayeva Azərbaycan çempionatının iki qızıl medalını qazanıb

Cəmiyyət Materials 9 Aprel 2007 14:38 (UTC +04:00)
Gimnast Aliyə Qarayeva Azərbaycan çempionatının iki qızıl medalını qazanıb

Azərbaycan,Bakı/müxbir Trend Z.Səfərov/Azərbaycan gimnastı Aliyə Qarayeva "Olimpiyski" idman kompleksində başa çatmış ölkə çempionatında fərdi çalışmanın yekunlarına əsasən iki qızıl, bir gümüş və bürünc medal qazanıb. Trend in məlumatına əsasən, Moskva və Tyedə bu yaxınlarda keçirilən Qran-Pri medalçısı ip və gürzlərlə kompozisiyanı hamıdan yaxşı yerinə yetirib, lent ona ikinci mövqe, qurşaqla kompozisiya isə üçüncü yeri gətirib. Bir dəfədən fəxri pyedestalın ən yüksək pilləsinə Anna Qurbanova (qurşaq) və bir gün əvvəl idmanın müxtəlif növləri üzrə yarışda qalib olan Dinara Gimatova (lent) qalxıb.

Respublika çempionatı başa çatdıqdan sonra ənənəyə görə ölkənin ən yaxşı gimnastlarının iştirak etdiyi qala-konsert keçirilib.

Xəbər lenti

Xəbər lenti