...

Azərbaycanlı zabitin barəsindəki məhkəmə qərarlarından şikayət hazırlanır

Cəmiyyət Materials 10 Aprel 2007 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Budapeşt şəhər məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmiş Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun barəsindəki hökm və Apellyasiya Məhkəməsinin qərarı müdafiə tərəfinə təqdim olunub. Səfərovun ailəsinin və Müdafiə Nazirliyinin məhkəmədəki nümayəndəsi, vəkil İkram Şirinov çərşənbə axşamı Trend ə bildirib ki, erməni zabitinin ölümü ilə bağlı iş üzrə apellyasiya məhkəməsinin qərarı və həbsxana nəzarətçiləri ilə bağlı iş üzrə hökmün tərcümə olunmuş variantı ona göndərilib. Bu gün Səfərovla telefon əlaqəsi yaratdığını deyən vəkil onunla apellyasiya və kassasiya şikayətlərinin hazırlanması ilə bağlı müzakirələr apardığını bildirib.

Lakin telefon əlaqəsi yarımçıq kəsildiyindən müzakirələri tamamlamaq mümkün olmayıb. Vəkilin sözlərinə görə, həftə ərzində Səfərov barəsində 22 fevral 2007-ci il tarixli Apellyasiya Məhkəməsinin qərarını öyrənəcək. Kassasiya şikayətinin konturlarının hazır olduğunu deyən vəkil şikayətin hazırlanacağını və gələn ay məhkəməyə göndəriləcəyini deyib.

İstintaq Təcridxanasının nəzarətçilərinə tabe olmamaqda ittiham olunan Səfərova ötən il noyabrın 17-də Peşt rayon məhkəməsinin hökmü ilə 8 ay şərti iş verilib

Xəbər lenti

Xəbər lenti