...

Penitensiar Xidmətin rəisi: "Mirzə Sakitin ağır xəstəliyi yoxdur"

Cəmiyyət Materials 17 Aprel 2007 11:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ "Azadlıq"ın həbsdə olan əməkdaşı Mirzə Sakitin aclıq aksiyası keçirməsi və bu səbəbdən də onun karsa salınması barədə məlumatlar yanlışdır. Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov çərşənbə axşamı Trend ə açıqlamasında bildirib ki, Sakit ötən həftə bir gün aclıq edib, sonra da öz istəyi ilə dayandırıb. Nazir müavininin sözlərinə görə, hazırda Sakit aclıq keçirmir, bu səbəbdən də onun karsa salınması həqiqətə uyğun məlumat deyil.

Sakitin tələbinə gəlincə isə Ələkbərov bildirib ki, onun ağır xəstəliyi yoxdur: "Müalicə Müəssisəsi stasionar xəstələr üçündür. Mirzə Sakitin səhhətində ciddi problemlər yoxdur. O, cəza çəkdiyi müəssisənin tibb hissəsində müayinə və müalicə olunub".

Məhkumun ailə üzvləri isə Sakitin aclıq aksiyasına başlayacağı haqda aprelin 15-də həbsxana rəhbərliyinə ərizə ilə müraciət etdiyini və dünəndən aclığa başladığını bildirib.

Sakit müalicə olunması üçün xəstəxanaya yerləşdirilməsini tələb edir. O, ürək ağrılarından və oynaq xəstəliyindən əziyyət çəkir.

Sakit ötən ilin iyununda narkotik maddəninin qeyri-qanuni saxlanması ittihamı ilə həbs olunub. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Aprelin24-də isə Ali Məhkəmədə onun barəsində çıxarılan hökmdən kassasiya şikayəti veriləcək.Aprelin24-də isə Ali Məhkəmədə onun barəsində çıxarılan hökmdən kassasiya şikayəti veriləcək.

Xəbər lenti

Xəbər lenti