...

Azərbaycan Ordusu əsgərinin məhkəməsi qapalı keçiriləcək

Cəmiyyət Materials 19 Aprel 2007 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva/ Ermənilər tərəfindən ötən ilin dekabrında əsir götürülmüş Azərbaycan Ordusunun əsgəri Vüsal Qaracayevin barəsindəki cinayət işi üzrə bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Camal Ramazanovun sədrliyi ilə hazırlıq iclası keçirilib.

İş üzrə məhkəmə baxışı aprelin 30-na təyin olunub. Hazırlıq iclasında məhkəmə prosesinin qapalı keçirilməsi barədə qərar verilib.

Qaracayev barəsində Hərbi Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 274-cü ( dövlətə xəyanət) və 338.1-ci (döyüş növbəsi cəkmə qaydalarını pozma) maddələri ilə cinayət işi acılıb.

Balakən rayon Hərbi Komissarlığından ötən il hərbi xidmətə cağırılmış 1988-ci il təvəllüdlü Qaracayev Vüsal Məhəmməd oğlu dekabrın 7-də Ağdam ərazisində əsir düşüb. O, dekabrın 23-də əsirlikdən azad edilib.

Xəbər lenti

Xəbər lenti