...

Yunan-roma növü üzrə güləşçimiz Rövşən Bayramov ilk dəfə Avropa çempionu titulunu qazanıb

Cəmiyyət Materials 20 Aprel 2007 11:59 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın yunan-roma növü üzrə güləşçisi Rövşən Bayramov öz karyerasında ilk dəfə olaraq Avropa çempionu olub. Trend in verdiyi məlumata görə, Sofiyada keçirilən qitə birinciliyində Bayramov ötən ilki uğurundan daha çox əldə edərək birinci yerə çıxıb. Qeyd edək ki, keçən il idmançımız bürünc medalla kifayətlənmək məcburiyyətində qalmışdı.

İndi isə 55 kq-dək çəki dərəcəsində çıxış edən Rövşən finalda rusiyalı Zaur Kurmaqomedovu məğlub edərək ən yüksək pilləyə yüksələ bilib. İdmançımız rəqibinə heç bir şans verməyərək 11:4 hesablı qələbə qazanıb.

Digər idmançımız Elbrus Məmmədov isə həmkarının uğurunu təkrarlaya bilməyib. Belə ki, o, üçüncü yer uğrunda mübarizədə rəqibinə uduzub.

Xəbər lenti

Xəbər lenti