...

Azərbaycan ombudsmanı Vyetnama səfər edəcək

Cəmiyyət Materials 23 Aprel 2007 18:19 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova aprelin 25-dən 28-dək Hanoy şəhərində Asiya Ombudsmanlar Assosiasiyasının X konfransında iştirak edəcək. Bu barədə bazar ertəsi Azərbaycanın ombudsman aparatından məlumat verilib.

Konfrans Vyetnam hökuməti tərəfindən təşkil olunub və insan haqlarının təmin olunmasında ombdusman institutlarının rolu və məqsədlərinə həsr olunub.

İştirakçılar korrupsiya və islahatlar aparılmasında ombudsmanın tövsiyələrinin yerinə yetirilməsini müzakirə edəcək.

Konfransda Azərbaycan ombudsmanının "Ombudsmanın idarəetmənin təkmilləşdirilməsində rolu" mövzusunda çıxış etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti